Şəmkirdə qadını ildırım vurub öldürdü
    • 1-06-2024, 08:04
    • 339

Şəmkirdə qadını ildırım vurub öldürdü


Şəmkirdə ildırım vurması nəticəsində ikinci bədbəxt hadisə qeydə alınıb.

News24.az Unikal-a istinadla bildirir ki, hadisə rayonun Zəyəm qəsəbəsi ərazində yerləşən əkin sahəsində baş verib. Sahədə işləyən Diləfrüz Qurbanovanı ildırım vurub. Qadın hadisə yerində ölüb.

Budan öncə də rayonun Yeni Həyat kəndində 61 yaşlı kişini ildırım vuraraq öldürüb.

Qeyd edək ki, bu gün qərb bölgəsində 4 nəfəri ildırım vurub. Nəticəsə onlardan üçü hadisə yerində ölüb, biri isə xəstəxanaya yerləşdirilib.