1,3 və 5 qəpiklər mağazalarda niyə qəbul edilmir? – “Bu milli valyutaya hörmətsizlikdir”
    • 1-06-2024, 18:01
    • 409

1,3 və 5 qəpiklər mağazalarda niyə qəbul edilmir? – “Bu milli valyutaya hörmətsizlikdir”

Azərbaycanda istehsal olunan dəmir pullardan ikisi 1 və 3 qəpiklərdir. Lakin çox vaxt bu qəpiklər nə bəzi ərzaq mağazalarında götürülür, nə ictimai nəqliyyatda, nə də ki bəzi ödəniş aparatlarında. Hətta bu dəmir pullar istifadə olunmayaraq, evimizin bir küncündə belə qala bilir. Bəs görəsən, 1 və 3 qəpiklərin istifadəsinin mümkünlüyü necə təmin oluna bilər?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Əkrəm Həsənov hesab edir ki, 1, 3 və 5 qəpiklərin harada olmasından asılı olmayaraq, qəbul olunmaması milli valyutaya hörmətsizlikdir.

“Digər tərəfdən, pulun qəbul olunmaması istehlakçıya da birbaşa hörmətsizlikdir. Yəni əsas problem ondadır ki, ticarət məntəqələrində çox vaxt bu qəpiklərlə qalıqlar da qaytarılmır. Düzdür, hər hansı bir şəxs bu qəpikləri istifadə etmək istəmirsə, bu, təbii ki, özünün qəbul edəcəyi bir qərardır”, – deyə o əlavə edib.

İqtisadçı qeyd edib ki, lakin istər mağazalar, istərsə də ictimai nəqliyyatda hamı onu qəbul etməli, pulun qalığı da bu qəpiklərlə qaytarılmalıdır:

“Çox vaxt mağazadan alış-veriş edən zaman qalıq qalarsa bu qəpiklərin olmadığı da deyilir. Düşünürəm ki, bu növ qəpiklərə ehtiyac var. Ona görə də bunların istehsalı davam