-
- 3-06-2024, 08:52
- 2 303
Zəlzələ baş verdi
Yaponiya Meteorologiya Agentliyinin (JMA) açıqlamasına görə, İşikavanın Noto yarımadasının şimal-şərq sahilində yerləşən Suzu şəhərində 5,9 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, yerli vaxtla saat 06.31-də 10 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Yeraltı təkanlar İşikava və ətraf prefekturalarda, o cümlədən yaxınlıqdakı Fukui və Niiqatada hiss olunub.
Qeyd olunub ki, bölgədə zəlzələlər davam edib.
Günel Məlikzadə