-
- 3-06-2024, 13:51
- 218
Şagirdlərə cinsi tərbiyə dərsləri keçirilməlidir - PSİXOLOQ
“Oğlanları və qızlara ayrı-ayrılıqda cinsi tərbiyə haqqında mövzular seçilərək düzgün formatda tədris olunmalıdır”.
News24.az bildirir ki, bu sözləri AzEdu.az-a Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ləman Mustafayeva deyib.
Ləman Mustafayeva bildirib ki, ən azı həftədə bir və ya 10 gündə bir seans formasında 40-45 dəqiqə cinsi tərbiyə barədə şagirdlərə məlumat verilməlidir:
“Cinsi tərbiyə 3 qrupa bölünməlidir. Valideynlər, oğlanlar və qızlar üçün. Çünki valideynlərlə də mütləq danışmaq lazımdır ki, övladlarına bu barədə məlumatı necə verməli olduqlarını bilsinlər. Bu dərslər məktəblərdə oğlanlar və qızlara ayrı-ayrılıqda keçirilməlidir. Dünya təcrübəsində Avropada, Amerikada, İzraildə artıq 5-ci sinifdən bu barədə dərslər mövcuddur.
Dərslər verilir, konsultasiyalar hazırlanır və yaxud da ki, uşaqlara şəkilli formada izah verilir. Bu qaydada uşaqlara başa salınır”.