Hərbçilərdən rüşvət alan komandir həbs edildi
    • 3-06-2024, 14:20
    • 2 404

Hərbçilərdən rüşvət alan komandir həbs edildi

Azərbaycanda N saylı hərbi hissənin bölük komandiri həbs edilib.

News24.az qafqazinfo-ya istinadla xəbər verir ki, kapitan Ağamali Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.

Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.