Gürcüstanın Baş naziri: “Bədxahlar uduzdular”
    • 3-06-2024, 19:33
    • 128

Gürcüstanın Baş naziri: “Bədxahlar uduzdular”

““Şəffaflıq haqqında” qanunun qəbulu hökumətin qələbəsi kimi qəbul edilməməlidir”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, “Xarici agentlər haqqında” qanunun qəbulundan yalnız bədxahlar uduzublar. 

News24.az AYNA-ya istinadən xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.

““Şəffaflıq haqqında” qanunun qəbulu hökumətin qələbəsi kimi qəbul edilməməlidir və qanunun əleyhdarlarının uğursuzluğu kimi də qiymətləndirilməməlidir”, Kobaxidze vurğulayıb.

Onun sözlərinə görə, qanunun qüvvəyə minməsindən yalnız Gürcüstanın bədxahları uduzub və iki ay ərzində qanunla bağlı çoxlu dezinformasiyalar yayılıb.

Qeyd edək ki, bu gün Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bu gün imzaladığı “Şəffaflıq haqqında” qanununu Gürcüstan Prezidenti Salome Zurabişvilinin vetosunu aşaraq imzalayıb. Papuaşvili bildirib ki, qanun ölkənin siyasi, iqtisadi və sosial vəziyyətini xarici müdaxiləyə qarşı gücləndirməyə yönəlib.