Mətanət İsgəndərli ona ev aldı
    • 3-06-2024, 16:22
    • 243

Mətanət İsgəndərli ona ev aldı

Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Cananaya  ev bağışlayıb.

News24.az yenisabah-a istinadla xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində qonaq olan Canana danışıb.

O, hazırda övladları ilə birgə Mətanət İsgəndərlinin onlara aldığı evdə yaşadığını bildirib:

"Hər zaman Mətanət xanımın hörmətini saxlayıram. O, mənim anamdır. Artıq mən Mətanət xanımın evində qalıram. Uşaqlarımın yanındayam. Bizə Mətanət xanım ev də alıb. Sağ olsun! Kaş ki onunla aramızda bu kimi söhbətlər olmazdı. Lənət şeytana!" 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların 3 övladı var.