Göldən içərisində 100 min dollar olan seyf tapıldı
    • 3-06-2024, 22:00
    • 279

Göldən içərisində 100 min dollar olan seyf tapıldı

Nyu-Yorkdakı göllərdən birində "maqnitlə balıq ovu" edən iki nəfər 100 min dollar nağd pul olan seyf tapıblar.

News24.az Azerforum-a istinadən xəbər verir ki, Ceyms Keyn və Barbi Aqostini Kuinsdəki "Meadows Corona" Parkında gölə ucu maqnitlə bağlanmış kəndir atıblar. Balıq gözlədikləri halda seyf çıxıb.  Seyfi açdıqda içərisindən zədələnmiş 100 dollarlıq əskinaslar çıxıb.

Aqostini qeyd edib ki, seyfin kimə aid olduğunu müəyyən etmək üçün heç bir şəxsiyyət vəsiqəsi tapa bilməyiblər.