Xəzər rayonunda 29 yaşlı qadını avtomobil vurub
    • 4-06-2024, 08:10
    • 189

Xəzər rayonunda 29 yaşlı qadını avtomobil vurub


Bakının Xəzər rayonunda 29 yaşlı qadını yol-nəqliyyat hadisəsində xəsarət alıb.

News24.az report.az-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Rüstəmli Məryəm Vətən qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.