Türkiyə F-16-ları NATO missiyasına qatıldı
    • 4-06-2024, 09:00
    • 141

Türkiyə F-16-ları NATO missiyasına qatıldı


Türkiyə iki F-16 ilə NATO-nun Təkmilləşdirilmiş Hava Polisi missiyasına qatılıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlik NATO-nun Təkmilləşdirilmiş Hava Polisi missiyası çərçivəsində Qərbi Qara dənizdə həyata keçirilən ikitərəfli təlim missiyasına 1-ci Baş Jet Baza Komandanlığının iki F-16 təyyarəsi ilə qatıldığını açıqlayıb.

Milli Müdafiə Nazirliyinin sosial media hesabında təlim missiyasında iştirak edən təyyarələrin görüntüləri də paylaşılıb.