-
- 4-06-2024, 17:57
- 155
Prezident bu Fərmana dəyişiklik etdi
Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqlənib.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Prezident İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmana etdiyi dəyişikliklə Ədliyyə Nazirliyinin Aparatının işçilərinin say həddi 420 ştat vahidindən 455 ştat vahidinə qaldırılıb.
Beləliklə, Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu belə olacaq:
Strateji planlaşdırma və monitorinq baş idarəsi;
Qanunvericilik baş idarəsi;
Notariat, qeydiyyat və reyestr baş idarəsi;
İcra xidməti (baş idarə səlahiyyətli);
Probasiya xidməti (baş idarə səlahiyyətli);
Beynəlxalq əməkdaşlıq baş idarəsi;
Bələdiyyələrlə iş baş idarəsi;
Cəzaların icrasına nəzarət baş idarəsi;
İstintaq idarəsi;
İnsan resursları idarəsi;
Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi;
Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi;
Maliyyə və təminat idarəsi;
Mətbuat xidməti (idarə səlahiyyətli).