Banklara borcu olanlara ŞAD XƏBƏR: 6 ay boyunca...
    • 5-06-2024, 09:20
    • 311

Banklara borcu olanlara ŞAD XƏBƏR: 6 ay boyunca...

Prezident Rəcəb Tayyib Ərdoğan vətəndaşları sevindirəcək qərar imzalayıb.

News24.az Publika.az-a istindən xəbər verir ki, qərara əsasən, bank borcuna görə səhiyyə xidmətlərindən yararlana bilməyən milyonlarla vətəndaş və onların himayəsində olan şəxslər 2024-cü il dekabrın 31-dək dövlət və özəl xəstəxanalarında pulsuz tibbi xidmət ala biləcəklər.

Beləliklə, vətəndaşlar bu həyati əhəmiyyət daşıyan xidmətdən daha sərfəli və asanlıqla yararlana biləcəklər.

Bu qərar kimlərə şamil olunacaq?

Aztəminatlı ailələrdən olan 18 yaşa qədər uşaqlara,

25 yaşdan kiçik universitet tələbələrinə,

İşləməyən və ailəsinin ödəmə imkanı olmayan şəxslərə.

Universitet tələbələri 25 yaşını keçməmək şərti ilə məzun olduqdan sonra 2 il müddətində pulsuz sağlamlıq xidmətlərindən yararlana biləcəklər.

Xarici tələbələr də qeydiyyat tarixindən etibarən 3 ay ərzində müraciət edərək ümumi sağlamlıq sığortası çərçivəsində bu xidmətlərdən yararlana bilərlər.

Gəlirləri müəyyən edilmiş məbləğdən yuxarı olanlar isə sığorta haqqını özləri ödəməlidirlər.