Kral Çarlz əskinasları İngiltərədə dövriyyəyə girdi
    • 5-06-2024, 10:54
    • 176

Kral Çarlz əskinasları İngiltərədə dövriyyəyə girdi

İngiltərə Bankının (BoE) verdiyi açıqlamaya görə, üzərində Kral Çarlzın portreti olan 5, 10, 20 və 50 əskinaslar dövriyyəyə buraxılıb.

News24.az xəbər verir ki, Kraliça II Yelizavetanın portreti olan əskinaslar ödəniş vasitəsi kimi istifadə olunmağa davam edəcək.

Köhnəlmiş pul nişanlarını əvəz etmək və əskinaslara olan ümumi tələbatı ödəmək üçün yeni əskinaslar buraxılacaq. Buna görə də Kral Çarlzın portreti olan yeni əskinasların yayılmasının kifayət qədər yavaş olacağı gözlənilir.

Açıqlamada məsələ ilə bağlı fikirləri yer alan Mərkəzi Bankın rəhbəri Endryu Beyli əskinasların dövriyyəyə buraxılmasından məmnun olduqlarını bildirib.

Günel Məlikzadə