Məşhur aktrisa vəfat etdi
    • 5-06-2024, 13:26
    • 154

Məşhur aktrisa vəfat etdi

Amerikalı aktrisa, “Santa Barbara” serialının ulduzu Cenis Peyc bazar günü vəfat edib.

News24.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, aktrisa 101 yaşında vəfat edib.

Qeyd edək ki, o, 78 yaşına qədər filmlərdə rol almağa davam edib.

Peyc Hollivudun “qızıl dövrü”nün son nümayəndələrindən biri idi.

Peycin ən məşhur rolları arasında "İnsan ehtiraslarının yükü", "Açıq dənizlərdə romantika", "İpək corablar", "Kolumbo" serialı və "Santa Barbara" filmləri də var.

Mehriban Mirzəzadə