TƏCİLİ!!! Samir Hüseynov ABŞ-də vəfat etdi
    • 5-06-2024, 22:08
    • 16 508

TƏCİLİ!!! Samir Hüseynov ABŞ-də vəfat etdi


ABŞ-nin San-Fransisko şəhərində azərbaycanlı gənc vəfat edib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, xeyli müddətdir Kaliforniya ştatının San-Fransisko şəhərində yaşayan Samir Hüseynov xəstəxanada dünyasını dəyişib.

Yaxınları bildiriblər ki, Samir bir neçə gün əvvəl səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Samir ştatdakı Azərbaycan diasporunun fəallarından biri imiş.