Braziliya çempionatında hakim oyun vaxtı ölüb - VİDEO
    • 14-05-2019, 10:15
    • 897

Braziliya çempionatında hakim oyun vaxtı ölüb - VİDEO

Futzal üzrə Braziliya çempionatında xoşagəlməz hal yaşanıb. 

News24.az
ONA-ya istinadla xəbər verir ki, “Sao-Karlos” və “Taubate” komandaları arasındakı oyun hakimin ölməsi səbəbindən davam etdirilməyib. 

Matın referisi İsildo Fabiano Byançi da Silva görüşün gedişi zamanı özünü pis hiss edərək, huşunu itirib. Öncə futbolçular, ardınca isə həkimlər 44 yaşlı ədalət təmsilçisinə yardım etməyə çalışıb. Bundan sonra o, xəstəxanaya aparılsa da, həyata qaytarmaq mümkün olmayıb.