UBS-nin gümüş proqnozu
    • 6-06-2024, 13:26
    • 309

UBS-nin gümüş proqnozu

UBS strateqləri gümüşün yaxın perspektivdə qızılı üstələyəcəyini gözləyərək, gümüş qiymətləri ilə bağlı proqnozlarını artırıblar.

News24.az xəbər verir ki, İsveçrə investisiya bankı gümüşün 2024-cü ilin sonuna qiymət hədəfini 20 faiz artıraraq 36 dollara, orta qiymət gözləntisini 14 faiz artıraraq 30,5 dollara çatdırıb.

Mütəxəssislər, "Yeni gümüş qiymət gözləntilərimiz qızıla nisbətən daha yaxşı bir performansı əks etdirir. Qızıl qiymətləri də artmaqdadır. Fikirləşirik ki, gümüş FED-in siyasəti asanlaşdıracağı, bazarda tələb və təklif əsaslarının sərtləşəcəyi bir mühitdə nisbətən yaxşı performans göstərəcək" deyiblər.

Günel Məlikzadə