"Həyatımın ən mənalı ad günü" - FOTO
    • 6-06-2024, 14:04
    • 341

"Həyatımın ən mənalı ad günü" - FOTO

İllər əvvəl “Çalıkuşu” serialında tanış olan və dostluğu zamanla sevgiyə çevrilən Fahriye Evcen və Burak Özçivit 2017-ci ildə ailə həyatı qurublar.

News24.az xəbər verir ki, 2019-cu ildə oğulları Karanı dünyaya gətirən və ilk dəfə valideyn olmaq xoşbəxtliyini yaşayan aktyor cütlüyü 2023-cü ildə ikinci oğulları Kərəmi dünyaya gətirib.

İyunun 4-də 38 yaşı tamam olan Fahriye Evcen ad günü şənliyində çəkilmiş ailə şəkillərini paylaşıb.

Fahriye Evcen paylaşımında "Həyatımın ən mənalı doğum günlərindən biri idi. Bütün dostlarıma və çox böyük ailəmə xoş arzularınız üçün hamınıza təşəkkür edirəm. Hamınızı çox sevirəm".

Məşhur aktyorun tortunun üzərindəki miniatürlər diqqət çəkib.

Evcenin paylaşımını sosial media hesabında Burak Özçivit həyat yoldaşına "Yeni yaşın mübarək sevgilim" deyə paylaşım edib.

Günel Məlikzadə