-
- 7-06-2024, 14:17
- 238
Deputatdan Şuşa və Xankəndi ilə bağlı təklif
Milli Məclisdəki müzakirələr zamanı çıxış edən deputat Emin Hacıyev Qarabağa dair Elmi Araşdırmalar Mərkəzinin yaradılmasını təklif edib.
News24.az bildirir ki, deputat bildirib ki, bu Mərkəz yalnız Qarabağın tarixini deyil, coğrafi, təbii ehtiyatlar, musiqi, mədəniyyət, bioloji, antropoloji araşdırmaları və sair sahələrini də əhatə edə bilər:
“Hesab edirəm ki, Şuşada yaxud Xankəndidə belə bir Mərkəzin yaradılmasının yaxın zamanlarda reallaşdırılmasının əsl vaxtıdır. Bu, Qarabağın resurslarından istifadənin keyfiyyətinin təminatına, erməni yalanlarının ifşasına, Azərbaycan - Qarabağ həqiqətlərini elmi nəzərdən dünya ictimaiyyətinə çatdırılmasına, eyni zamanda həmin bölgədə elmi mühitin möhkəmlənməsinə töhfə verər”.
E.Hacıyev əlavə edib ki, bu elmi tədqiqat Mərkəzi həm də Qarabağ Universiteti ilə simbioz - tandem şəkildə işləyə və qarşılıqlı fayda verə bilər:
“Həm də o baxımdan ki, tələbələr buradakı tədqiqatlara cəlb oluna bilər və praktiki olaraq elmi tədqiqatların işində iştirak edə bilərlər”.//musavat