Hər gün şorba içmək olarmı? - Mütəxəssislərdən məsləhət
    • 8-06-2024, 12:37
    • 552

Hər gün şorba içmək olarmı? - Mütəxəssislərdən məsləhət

Bir çox şorba həvəskarını maraqlandıran suallardan biri də budur: “Bu yeməyi hər gün içmək olarmı?” 

News24.az Lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər hər gün şorba içməyin heç bir ziyanı olmadığını açıqlayıblar.  

Ancaq yenə də bəzi ehtiyatları əldən verməmək lazımdır. Birincisi, gündəlik şorba içmək məcburi hərəkət deyil.

5 dəqiqədə necə dadlı toyuq hazırlamaq olar?

Şorbaları sevirsinizsə və onları yüngül, az yağlı, orta kalorili və mədə və bağırsaq üçün çox sərt olmayan şəklində hazırlayırsınızsa, o zaman bu yeməkləri hər gün yeyə bilərsiniz. Bu vərdiş yalnız orqanizmə fayda verə bilər.

Yox, əgər şorba həvəskarı deyilsinizsə və mədə-bağırsaq traktınızda heç bir problem yoxdursa, həftədə 2-3 dəfə şorba içməyiniz kifayətdir. 

"Ağır" şorbalar isə gündəlik istehlak üçün uyğun deyil. Buna noxud və göbələk şorbasını misal göstərmək olar. 

Qeyd edək ki, alınma bulyon kublarından hazırlanan şorbalar pis seçimdir.