Ukrayna ordusunda nə qədər qadın xidmət edir?
    • 9-06-2024, 14:17
    • 198

Ukrayna ordusunda nə qədər qadın xidmət edir?


Ukrayna Silahlı Qüvvələrinin sıralarında 67 mindən çox qadın xidmət edir.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Nataliya Kalmıkova məlumat verib.

“Bizdə qadınların məcburi səfərbərliyi nəzərdə tutulmur. Hazırda Ukrayna Silahlı Qüvvələrində 67 mindən çox qadın xidmət edir ki, onlardan 19 mini mülki işçi, qalanları isə hərbçidir”, - Kalmıkova bildirib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, əvvəllər ölkədə hərbi xidmət müqaviləsi qadınlarla 18 yaşdan 40 yaşa qədər bağlana bilərdisə, indi kişilər üçün müəyyən edildiyi kimi 18-60 yaş arasındadır.