Kahramanmaraşda zəlzələ oldu
    • 9-06-2024, 16:10
    • 226

Kahramanmaraşda zəlzələ oldu


Türkiyənin Kahramanmaraş şəhərində 4,3 maqnitudalı (Mw) zəlzələ olub.

News24.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qurumun verilənlərinə əsasən, yerli vaxtla saat 06:31-də (Bakı vaxtı ilə 07:31-də) qeydə alınmış zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Göksun rayonunda olub.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da sözügedən şəhərin Pazarcık və Əlbistan rayonlarında baş vermiş güclü zəlzələlər nəticəsində 53 mindən çox insan həlak olub. Yeraltı təkanların gücündən təsirlənən Suriyada isə ölənlərin sayı 8 mini ötüb./Modern.az