-
- 11-06-2024, 18:18
- 397
Boks Federasiyasının prezidenti güllələndi
Ukraynanın Zaporojye vilayətinin Boks Federasiyasının prezidenti Maksim Denşik güllələnib.
News24.az report-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Hündürmərtəbəli binanın girişində naməlum şəxs odlu silahdan M.Denşikə 4 dəfə atəş açıb və hadisə yerindən qaçıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.