Meymunlar 13 yaşlı qızın ölümünə səbəb oldular – FOTO
    • 13-06-2024, 21:11
    • 207

Meymunlar 13 yaşlı qızın ölümünə səbəb oldular – FOTO

Hindistanda meymunlar 14 yaşlı qızın ölümünə səbəb olub.

News24.az KONKRET.az-a istinadən xəbər verir ki, ölkənin şimalında yerləşən Karnal şəhərində axşam gəzintisi məqsədilə terrasa çıxan qızın başına bədbəxt hadisə gəlib. Belə ki, bu zaman damın üstündə olan meymunlar qıza hücum edib. Qorxaraq aşağı enməyə çalışan qızın ayağı sürüşüb və o, üçüncü mərtəbədən yıxılıb.

Hadisədən xəbər tutan ailə üzvləri qızı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sarsılan Karnal sakinləri son illərdə meymunların sayının artmasından şikayətləniblər.