“AFB Bank” jurnalistlər üçün media tur təşkil edib
    • 16-05-2019, 15:34
    • 3 052

“AFB Bank” jurnalistlər üçün media tur təşkil edib

Bugün Azərbaycanın aparıcı banklarından biri olan “AFB Bank” ASC media nümayəndələri ilə görüş təşkil edib. 

News24.az xəbər verir ki, tədbirdə iştirak edən Bankın İdarə Heyətinin Sədri v.i. Aydın Hüseynov, İdarə Heyətinin sədr müavinləri Lalə Quliyeva və Natiq Namazov bankın fəaliyyəti barədə geniş təqdimatla çıxış ediblər və jurnalistlərin suallarını cavablandırıblar.

“AFB Bank”-ın İdarə Heyətinin Sədri v.i. Aydın Hüseynov 2018-ci il üzrə bankın maliyyə nəticələrini media nümayəndələrinə təqdim edib. Onun sözlərinə görə “AFB Bank” 2018-ci ili 21 654 000 AZN mənfəətlə bitirib. Bank tərəfindən müştərilərə verilən kreditin həcmi 194 305 000 AZN, bankın aktivləri 417 530 000 AZN, məcmu kapitalı isə 84 937 000 AZN təşkil edib. “2018-ci ilin nəticələrinə əsasən “AFB Bank” aktivlərinin gəlirliliyinə görə 2-ci, kapital gəlirliyinə görə isə banklar arasında 3-cü yerdədir”- deyə A.Hüseynov bildirib.

Təqdimatdan sonra “AFB Bank”-ın ofisində jurnalistlər üçün media tur təşkil olunub. Jurnalistlər bankın iş prosesi ilə yaxından tanış olublar.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Müştərilərinə bütün növ bank xidmətləri və məhsulları təklif edən “AFB Bank”  XÖHKS, AZİPS və SWIFT pul ödəniş sistemlərinin üzvüdür.
 Bankın ölkə üzrə ümumilikdə 11 filialı və 5 şöbəsi fəaliyyət göstərir.