Azərbaycanda 6 uşaq qidadan zəhərləndi
    • 17-06-2024, 14:23
    • 181

Azərbaycanda 6 uşaq qidadan zəhərləndi

Bərdə rayonunda 6 azyaşlı qidadan zəhərlənib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyunun 17-si saat 01 radələrində rayonun Zümürxan kəndində baş verib.

2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Azyaşlılardan H.Paşayev və M.Əhmədovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.