İnsanlar niyə kədərli musiqi dinləməyi sevirlər?
    • 17-06-2024, 20:30
    • 524

İnsanlar niyə kədərli musiqi dinləməyi sevirlər?

Alimlər insanların niyə həzin və kədərli musiqini xoşlaması sualına cavab tapıblar.

News24.az Lent.az-a istinadən xəbər verir ki, bunu öyrənmək üçün Avstraliyanın Cənubi Uels Universitetinin tədqiqatçıları 50 nəfərlə təcrübə aparıblar.

Subyektlər onları kədərləndirəcək hər hansı bir musiqi parçası seçiblər.

Musiqi bitdikdə eksperiment iştirakçılarından ağladıqdan və musiqini dinlədikdən sonra yüngüllük hiss yaranıb-yaranmadığı soruşulub. Maraqlıdır ki, iştirakçıların əksəriyyəti özünü daha yaxşı hiss etdiyini bildirib.

Tədqiqatın aparıcı müəllifi, professor Emeri Şubert bu fenomeni insanların bəzən kədərli musiqi dinləməkdən faydalandığını söyləməklə izah edib.

Kədərli musiqi təhlükəsiz mühitdə güclü emosiyalar yaşamağa və hisslərinizi daha yaxşı başa düşməyə kömək edir.