-
- 18-06-2024, 15:40
- 207
Fransa və Çilidən birgə çağırış
Fransa Prezidentliyindən verilən açıqlamaya görə, dünən Fransa prezidenti Emmanuel Makron və Çili prezidenti Qabriel Boriç Yelisey sarayında görüşüb.
News24.az xəbər verir ki, iki lider Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Qəzzada dərhal daimi atəşkəsə çağırış edib.
Bu atəşkəsin məhbusların azad edilməsini və Qəzzadakı insanlara humanitar yardımın çatdırılmasını təmin etməli olduğunu ifadə edən Makron və Boric, bölgədə iki dövlətli həllin tam şəkildə həyata keçirilməsi üçün tərəfdaşları ilə işləməyə razılaşıblar.
Digər tərəfdən Çili 2025-ci ildə Fransada keçiriləcək süni intellekt sammitinin hazırlıqlarına töhfə verəcək.
Günel Məlikzadə