Makron: “Barrikadaları yığışdırın”
    • 18-06-2024, 16:20
    • 205

Makron: “Barrikadaları yığışdırın”

Fransa prezidenti Emmanuel Makron həftələrlə davam edən iğtişaşlardan sonra Fransanın Sakit okean sahilindəki Yeni Kaledoniya ərazisinin sakinlərini vəziyyətin “qəbuledilməz” olduğunu deyərək barrikadaları aradan qaldırmağa çağırıb.

News24.az xəbər verir ki, Makron ictimai bəyanatında "bütün barrikadaların qəti şəkildə aradan qaldırılmasına" və "zorakılığa son qoyulmasına" çağırıb.

Avstraliya və Fici arasında yerləşən Yeni Kaledoniya 19-cu əsrdən bəri Parisdən idarə olunur, lakin bir çox yerli əhali daha çox muxtariyyət istəyir.

Qeyd edək ki, mayın ortalarında Fransa hökumətinin təklif etdiyi seçki islahatına qəzəb həftələrlə ölümcül etirazlara çevrildiyi üçün iğtişaşlar başlayıb.

Fransız hakimiyyət orqanları Yeni Kaledoniyanın paytaxtı Numeanın yenidən nəzarəti altına keçməsində israr etsə də, barrikadalar hələ də qalmaqdadır. Müstəqillik tərəfdarları küçələrdə qalmaqda qərarlı olduqlarını bildirirlər.


Günel Məlikzadə