Ebrudan boşanan Rza Zərrabın Mayamidə gizli toyu: görün kiminlə evləndi - FOTO
    • 19-06-2024, 08:26
    • 4 342

Ebrudan boşanan Rza Zərrabın Mayamidə gizli toyu: görün kiminlə evləndi - FOTO


11 ildir evli olduğu məşhur türkiyəli müğənni Ebru Gündeşdən boşanan Rza Zərrabın bursalı Dilara Altıntopla evləndiyi iddia edilir.

News24.az publika.az-a istinadən xəbər verir ki, iddiaya görə, cütlük Mayamidə nikah masasına əyləşib.

Cütlüyün Mayamidə özəl mərasimlə evləndikləri deyilir. Zərrab və Altıntopun sürpriz evliliyi sosial şəbəkələrdə və media ictimaiyyətində geniş əks-səda doğurub.

Zərrab daha əvvəl ABŞ-ın İrana tətbiq etdiyi embarqonu pozmaqda, bank fırıldaqları və çirkli pulların yuyulmasında günahlandırılıb. O, ABŞ-da bir müddət həbsxanada qaldıqdan sonra sərbəst buraxılıb.