Bakıda ana qızı ilə birgə itkin düşdü
    • 19-06-2024, 17:25
    • 173

Bakıda ana qızı ilə birgə itkin düşdü

Bakıda ana və qızı itkin düşüb.

News24.az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonunda yaşayan 29 yaşlı P.Səfərli 11 yaşlı qızı Yağmurla birgə evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə P.Səfərlinin anası polisə müraciətində bildirib. Sayt yaratmaq

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində axtarış işləri aparılır.