-
- 20-06-2024, 23:44
- 575
İşsizlik müraciəti azaldı
ABŞ Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.
News24.az xəbər verir ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 15 İyun ilə bitən həftədə bir əvvəlki həftəyə görə 5 min adam azalaraq 238 min nəfərə geriləyib.
Bu dövrdəki azalmaya baxmayaraq, 2023-cü ilin avqustundan bu yana ikinci ən yüksək səviyyəni qeyd edən işsizlik müavinəti müraciətləri üçün bazar gözləntisi, müraciət sayının 235 min olacağı idi.
Əvvəlki həftəyə aid işsizlik müavinəti müraciətlərinin sayı 242 mindən 243 minə revize edilib.
Keçən həftə etibarilə 4 həftəlik işsizlik müavinəti müraciətlərinin sayı ortalama 5 min 500 artaraq 232 min 750-yə çatıb.
Davam edən işsizlik müavinəti müraciətlərinin sayı 8 İyunda bitən həftədə 15 min adam artaraq 1 milyon 828 minə çatıb.
Günel Məlikzadə