Başına ağac düşən 21 yaşlı Rəvan vəfat etdi
    • 21-06-2024, 11:05
    • 224

Başına ağac düşən 21 yaşlı Rəvan vəfat etdi

Mingəçevirdə güclü küləyin ağacları, binaların dam örtüyünü aşırması nəticəsində xəsarət alan 6 nəfərdən biri vəfat edib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, ağır xəsarət alan 2003-cü il təvəllüdlü Rəvan Qasımzadənin həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alan digər şəxslərə tibbi yardım göstərilib, onlardan ikisi azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.