Milli Məclis Prezidentə müraciət etdi
    • 21-06-2024, 11:38
    • 329

Milli Məclis Prezidentə müraciət etdi

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilib.

News24.az xəbər verir ki, müraciəti Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hikmət Məmmədov səsləndirib:

“2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri ilə dövlətimizin suverenliyi onun bütün ərzisində təmin edilib. Hazırda məcburi köçkün olmuş soydaşlarımız ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıdırlar. Mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilməsi ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun göstəricisidir. Azərbaycanda COP 29 kimi nüfuzlu beynəlxalq tədbir keçiriləcək. Milli Məclis burada tam tərkibdə təmsil olunmalıdır. Milli Məclisə növbədənkənar seçkilər keçirilməldiir. 6-ci çağırış Milli məclisi Azərbaycanın siyasətini qanunverici sahədə dəstəkləmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, milli maraqları beynəlxalq məkanda təəsübkeşliklə müdafiə etməklə bağlı ciddi işlər görüb. Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət məsələsinə baxılmasını xahiş edirəm”.