“The Monkey” bu tarixdə nümayiş ediləcək
    • 24-06-2024, 21:20
    • 138

“The Monkey” bu tarixdə nümayiş ediləcək

Əfsanəvi qorxu yazıçısı Stiven Kinqin 1980-ci ildə yazdığı "Meymun" qısa hekayəsindən uyğunlaşdırılacaq film, bir gün atalarının zəng çalan meymun oyuncağını tapan iki gənc qardaşdan bəhs edir.

News24.az xəbər verir ki, rejissor Osquod Perkins olan filmin nümayiş tarixi açıqlanıb.

Theo James, Tatyana Maslany və Elijah Wood kimi ulduzların yer aldığı filmin posteri və çıxış tarixi prodüser şirkətinin sosial media hesabında paylaşılıb.

Qeyd edək ki, 21 fevral 2025-ci ildə tamaşaçılarla görüşəcək "Meymun" filminin rejissoru Perkins Bloody Disgusting's Boo Crew Podcast-a müsahibə verib.

Günel Məlikzadə