Survivor çempionu nişanlandı - FOTO
    • 24-06-2024, 22:20
    • 1 128

Survivor çempionu nişanlandı - FOTO

2020-ci ildə ilk dəfə Survivor-a qatılan və könüllülər komandasında yarışan Nisa Bölükbaşı Survivor All Star 2022-də çempion olub. Günlərlə çempionluğu müzakirə edilən Bölükbaşı şəxsi həyatı ilə də ad çıxarıb.

News24.az xəbər verir ki, bir müddətdir Yiğit İnandı ilə sevgili olan keçmiş Survivor çempionu evliliyə ilk addımını atıb. Nişandan kadrları yayımlayan Nisa Bölükbaşının paylaşımı böyük marağa səbəb olub.

Nişan mərasimində ağ paltar geyinməyi seçən Nisə Bölükbaşının sadəliyi diqqətdən yayınmayıb.

Digər tərəfdən, Nisa Bölükbaşı birlikdə yarışdıqları Survivor 2020-dən sonra Barış Murat Yağcı ilə eşq macərası yaşayıb. Xoşbəxtliyi qısa müddətli olan cütlüklərdən Bölükbaşı daha sonra Ogeday Girişkenlə yeni eşq üçün dənizə çıxıb.

Günel Məlikzadə