Küləkli hava nə vaxtadək davam edəcək?
    • 26-06-2024, 11:05
    • 295

Küləkli hava nə vaxtadək davam edəcək?

Müşahidə olunan küləkli hava şəraiti ilə bağlı faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, öncədən bildirilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Daşkəsəndə 28 m/s-dir. İsmayıllı, Qəbələ, Şəki, Naftalan, Zaqatala, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti 18 m/s təşkil edir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək.