Yetkinlik yaşına çatmayanalara siqaret satanlar CƏRİMƏLƏNİB - FOTO - VİDEO
    • 20-05-2019, 13:05
    • 1 076

Yetkinlik yaşına çatmayanalara siqaret satanlar CƏRİMƏLƏNİB - FOTO - VİDEO

Nərimanovda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlara qarşı profilaktik tədbir keçirilib.

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikəri növbəti tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkar edilib. Belə ki, Atatürk prospektində prospektində fəaliyyət göstərən köşkün satıcısının məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub.

Tədbir zamanı Nərimanov rayonu Həsən Əliyüv və Azadlıq prospektinin kəsişməsində yerləşən köşkdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıldığı aşkar edilib.Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb, onlara xəbərdarlıq olunub.
Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib edilib.

Paytaxt, eləcə də regionlarda yetkinlik yaşına çatmayanlara spirtli içki və tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütəmadi tədbirlər bundan sonra da davam etdiriləcək.