Müharibədən sonra xərçəng olan - 25 yaşlı qazi vəfat etdi - FOTO
Sosial
İmişli rayonunda qazi vəfat edib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, İmişli şəhər sakini, 1999-cu il təvəllüdlü Mustafa Ağaş oğlu Hacalıyev dünyasını dəyişib.
Qazidə Vətən müharibəsindən sonra onkoloji xəstəlik yaranıb. Bir müddət müalicə alsa da, o, dünyasını dəyişib.
Qeyd edək ki, Mustafa Hacalıyev müharibədən sonra 4 medalla təltif edilib.