Alimlərdən plastik qablarla bağlı XƏBƏRDARLIQ - Diabet riskini artırır
    • 29-06-2024, 16:26
    • 416

Alimlərdən plastik qablarla bağlı XƏBƏRDARLIQ - Diabet riskini artırır


Plastik qabdakı sulardan istifadə 2-ci tip diabet riskini artırır.

Bununla bağlı ABŞ alimləri xəbərdarlıq ediblər.

Bildirilib ki, plastik qablarda istifadə edilən BPA-nın insulin müqavimətini artırdığı müəyyən edilib.

Ohayoda aparılan laboratoriya tədqiqatının bir hissəsi olaraq, subyektlərə Amerika Ətraf Mühit Agentliyi tərəfindən "təhlükəsiz miqdar" olaraq təyin olunan nisbətdə BPA verilib. Hər kiloqram bədən çəkisi üçün 50 mikroqram BPA verilən subyektlərə cəmi dörd gün ərzində insulin müqaviməti inkişaf edib.

“Diabetes” tibb jurnalında dərc olunan araşdırma ilk dəfə olaraq BPA ilə insulin müqaviməti arasında birbaşa əlaqə qurub.

BPA olan mikroplastiklərin insan orqanizminə daxil olaraq insulin mübadiləsini pozduğu bildirilir.

Araşdırmanın nəticələri Amerika Diabet Assosiasiyasının iclasında da müzakirə olunacaq.

Alimlər plastik qablarda istifadə olunan BPA miqdarının məhdudlaşdırılmalı olduğu ilə bağlı çağırış ediblər.

Qeyd edək ki, BPA-ya bütün plastik qablarda, hətta kofe aparatlarında da rast gəlinir.//Medicina.az