Türkiyə QURUYUR!
    • 1-07-2024, 14:44
    • 245

Türkiyə QURUYUR!

Qlobal iqlim dəyişikliyindən asılı olan quraqlıq problemi yeraltı ehtiyatlara mənfi təsir göstərib.

News24.az xarici mətbuata istinadla xəbər verir ki, Türkiyədə ümumilikdə 369 mindən çox sənədləşdirilmiş quyu var. Bu quyuların 38 mini içmək və istifadə etmək, 17 mini sənaye  və 313 mini suvarma məqsədilə istifadə olunur. Bundan əlavə yeraltı su ehtiyatının 23 milyard kubmetr olduğu təxmin edilir.

Lakin son 8 ildə yaşanan iqlim böhranı və quraqlıq problemləri səbəbindən qrunt sularından istifadənin artması narahatlıq doğurur. Su Siyasətləri Assosiasiyasının dərc etdiyi son xüsusi hesabatda yeraltı suların səviyyəsinin sürətlə aşağı düşdüyü və keyfiyyətinin pisləşdiyi vurğulanıb.

Məryəm