AVRO 2024: Rumıniya və Hollandiya üz-üzə gələcək
    • 1-07-2024, 21:00
    • 208

AVRO 2024: Rumıniya və Hollandiya üz-üzə gələcək

AVRO-2024-ün son 16 turunda Rumıniya və Hollandiya yığmaları qarşılaşacaq.

News24.az xəbər verir ki, Münhen Football Arenada keçiriləcək qarşılaşma 20.00-da başlayacaq. Qarşılaşmanı Almaniya Futbol Federasiyasından Feliks Zwayer idarə edəcək. Zwayerin köməkçiləri Stefan Lupp və Marco Achmüller olacaq. Matçın dördüncü hakimi eyni ölkədən Daniel Sibert olacaq.

Tək matç kimi keçiriləcək son 16 turda qalib gələn komanda 1/4 finala yüksələcək.

İrəliləyəcək komanda 1/4 finalda Avstriya-Türkiyə matçını keçəcək komanda ilə qarşılaşacaq.

MÜMKÜN 11

İki komandanın sabahkı oyuna aşağıdakı heyətlə çıxacağı gözlənilir:

Rumıniya: Nita, Ratiu, Dragușin, Burca, Sorescu, Marius Marin, Razvan Marin, Stanciu, Man, Mixaila, Draguș

Hollandiya: Verbruggen, Dumfries, De Vrij, Van Dijk, Ake, Schouten, Simons, Reijnders, Frimpong, Depay, Gakpo

Günel Məlikzadə