-
- 2-07-2024, 15:44
- 312
Orbandan Kiyevə sürpriz səfər
Macarıstanın baş naziri Viktor Orban Kiyevə gözlənilməz səfər edib. Orbanın mətbuat katibi bildirib ki, Macarıstanın baş naziri çərşənbə axşamı Ukrayna prezidenti Vladimir Zelenski ilə Macarıstan-Ukrayna münasibətlərindəki aktual məsələləri müzakirə etmək üçün Kiyevə gedib.
News24.az xəbər verir ki, Avropanın ən rusiyapərəst liderlərindən biri kimi görünən və Qərbin Ukraynaya hərbi yardımını açıq şəkildə tənqid edən Orbanın səfəri Macarıstanın Avropa İttifaqı Şurasına sədrlik etməsindən bir gün sonra baş tutub.
Orbanın mətbuat sözçüsü Bertalan Havasi açıqlamasında "Danışıqların ən əhəmiyyətli mövzusu sülhün qurulması şansıdır" dedi və iki liderin Macarıstan-Ukrayna ikitərəfli əlaqələrini də müzakirə edəcəklərini sözlərinə əlavə etdi.
Sosial media hesabında verdiyi açıqlamada Zelenski ilə əl sıxarkən çəkilmiş şəklini yerləşdirən Orban, “Macarıstanın müddətli sədrliyinin məqsədi AB qarşısında duran problemlərin həllinə töhfə verməkdir. Ona görə də mənim ilk səfərim Kiyevədir”.
Kiyevdə ikitərəfli görüş keçirəcək Orban və Zelenski daha sonra mətbuat konfransı keçirəcək.
Günel Məlikzadə