Türkiyə-Avstriya matçı nə vaxt olacaq?
    • 2-07-2024, 17:29
    • 428

Türkiyə-Avstriya matçı nə vaxt olacaq?

Türkiyə Milli Futbol Komandası 2024-cü il Avropa çempionatının (AVRO-2024) son 16-cı tur matçında Avstriya ilə qarşılaşacaq. 

News24.az xəbər verir ki, Türkiyə Milli Futbol Komandası 2024-cü il Futbol üzrə Avropa Çempionatının (AVRO 2024) son 16 turu çərçivəsində iyulun 2-də Avstriya ilə qarşılaşacaq.

Leypsiq şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş saat 23.00-da başlayacaq.

Avstriya - Türkiyə matçında portuqaliyalı baş hakim Artur Soares Dias fit çalacaq.

Diasın köməkçiləri eyni ölkədən Paulo Soares və Pedro Ribeyro olacaq. Matçın dördüncü hakimi Ukrayna Futbol Federasiyasından Mikola Balakin olacaq.

Portuqaliyalı Tiaqo Martins matçda VAR funksiyasını yerinə yetirəcək.

Qarşılaşma TRT-də canlı yayımlanacaq.

Qeyd edək ki, Milli komandanın heyətində aşağıdakı futbolçular yer alıb:

Qapıçı: Altay Bayındır (Mançester Yunayted), Mert Günok (Beşiktaş), Uğurcan Çakır (Trabzonspor)

Müdafiəçi: Mert Müldür, Ferdi Kadıoğlu, Samet Akaydın (Fənərbaxça), Zeki Çelik (Roma), Abdülkerim Bardakcı (Qalatasaray), Ahmetcan Kaplan (Ayaks), Merih Demiral (Əl-Əhli)

Yarımmüdafiəçi: İsmail Yüksek (Fənərbaxça), Kaan Ayhan (Qalatasaray), Okay Yokuşlu (Vest Bromviç), Orkun Kökçü (Benfika), Salih Özcan (Borussiya Dortmund), Hakan Çalhanoğlu (İnter)

Hücumçular: İrfan Can Kahveci (Fənərbaxça), Yunus Akgün (Lester Siti), Kənan Yıldız (Yuventus), Kerem Aktürkoğlu, Barış Alper Yılmaz (Qalatasaray), Arda Güler (Real Madrid), Bertuğ Yıldırım (Renn), Cenk Tosun, Semih Kılıçsoy (Beşiktaş), Yusuf Yazıcı (Lill)

Günel Məlikzadə