Pedaqoji mühazirələrin şəhər mərhələsinin qalibləri bəlli olub
    • 22-05-2019, 15:16
    • 1 522

Pedaqoji mühazirələrin şəhər mərhələsinin qalibləri bəlli olub

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin şəhər mərhələsinin qalibləri bəlli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, şəhər mərhələsinin seçim turunda paytaxtın 12 inzibati rayonu üzrə 65 pedaqoji mühazirə dinlənilib.

Mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn ən uğurlu 15 mühazirə müəyyənləşdirilərək ölkə üzrə seçimlərdə iştirak etmək hüququ qazanıb. Belə ki, 163 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadova, 173 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova, 314 nömrəli tam orta məktəbin direktoru Nazir Əliyev, 285 nömrəli tam orta məktəbin direktoru Səfurə Rəhimova, 157 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Sevda Novruzova, 297 nömrəli tam orta məktəbin psixoloqu Aynur Ələsgərova, 287 nömrəli “Zəkalar” liseyinin Gənclərin Çağırışaqədərki Hazırlığı Rəhbəri İbrahim Rüstəmovun mühazirələri ölkə mərhələsində dinləniləcək.

Müəllimlərdən isə 54 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səbinə Zeynalova, 62 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Xanımgül Həsənova, 75 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülanə Əliyeva, 128 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Zəhra Əkbərova, 191 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şəlalə Əsgərova, 202 nömrəli tam orta məktəbin tarix müəllimi Nuriyyə Hümbətova, 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova, 276 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Aidə Ağayevapedaqoji mühazirələrin şəhər mərhələsinin qaliblərindəndir. 

Ümumi təhsil məktəblərinin pedaqoji heyəti ən çox “Məktəbəhazırlıq təhsili ibtidai təhsil sahəsində uğurların təminatçısıdır”, “Şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılması yolları”, "Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır", “İstedadlı şagirdlərlə işin təşkili formaları” mövzularına müraciət edib.

Qeyd edək ki, pedaqoji mühazirələrin keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübəni təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir. Pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.