Belqorod üzərində daha bir PUA məhv edildi
    • 2-07-2024, 18:36
    • 125

Belqorod üzərində daha bir PUA məhv edildi

Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynaya məxsus təyyarə tipli pilotsuz təyyarəni məhv edib.

News24.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İyulun 2-də Moskva vaxtı ilə saat 15:40 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - deyə bildirilib.