Bakıda qonşular arasında dava düşdü, ata və oğul BIÇAQLANDI
    • 3-07-2024, 07:56
    • 747

Bakıda qonşular arasında dava düşdü, ata və oğul BIÇAQLANDI


Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Cahangirov Amil Hikmət oğlu və 1970-ci il təvəllüdlü Cahangirov Hikmət Əlihüseyn oğlu dava zamanı bıçaqlanıb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə Atçılıq yaşayış massivində qeydə alınıb.

Xəstəxanaya yerləşdirilən 29 yaşlı A.Cahangirova 8 bıçaq zərbəsi vurulub.

Əldə edilən məlumata görə, onları qonşuluqda yaşayan şəxs dava zamanı bıçaqlayıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.