AVRO 2024-ün 1/4 final oyunları nə vaxt olacaq?
    • 3-07-2024, 22:50
    • 295

AVRO 2024-ün 1/4 final oyunları nə vaxt olacaq?

Futbol üzrə Avropa çempionatında indiyədək İsveçrə, Almaniya, İngiltərə, İspaniya, Portuqaliya, Fransa, Hollandiya və Türkiyə 1/4 finala yüksələn komandalardır. 

News24.az xəbər verir ki, son 16 turun matçlarının başa çatması ilə 1/4 finala vəsiqə qazanacaq ümumilikdə 8 komanda müəyyənləşib. 

Avropa çempionatının 1/4 final oyunları 5-6 iyul 2024-cü il tarixləri arasında oynanılacaq.

Turnir 31 gün davam edəcək. 24 millinin mübarizə aparacağı çempionata iyulun 14-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Günel Məlikzadə