Adaçayının faydaları nələrdir? Kimlərə olmaz
    • 4-07-2024, 11:47
    • 570

Adaçayının faydaları nələrdir? Kimlərə olmaz

İstanbula ilk dəfə Mərmərə adasından gətirildiyi üçün adaçayı adlandırılan bitki Ege bölgəsində acı alma kimi də tanınır. Dərman və ətirli bitki olan adaçayının yarpaqlarını qaynadıb çay kimi içmək və ya efir yağı əldə edib istifadə etmək olar.

News24.az xəbər verir ki, adaçayının aşağıdakı faydaları var.

  1. Depressiya və stressi azaldır.
  2. Bədəndən zərərli toksinləri çıxarmağa kömək edir.
  3.  Beyin funksiyalarını yaxşılaşdırır.
  4. Ağız və diş əti xəstəliklərinə xeyirlidir.
  5. Dəri ləkələri və xəstəliklər üçün istifadə olunur.
  6. Mədə və xolesterol xəstələri üçün rahatlaşdırıcı təsir göstərir.
  7. Postmenopozal simptomları aradan qaldırır.
  8. Həzm sistemini qoruyur və ishala yaxşı gəlir.
  9. Həddindən artıq tərləməni azaldır.

Adaçayını dəmləməklə hazırlamaq lazımdır. Beləliklə, qida dəyərləri daha yaxşı qorunur və daha sıx bir adaçayı dadı əldə edilə bilər. Onu çox uzun müddət qaynar suda saxlamaq otun faydalı təsirini itirməsinə və çayın dadının acı olmasına səbəb olar. Adaçayı çayının 2 dəqiqədən çox qaynadılmasının zəhərli komponentləri buraxa və çayı zərərli edə bilər. Təxminən 2 qram adaçayı çayı 200-250 ml qaynar suya əlavə edilir və təxminən 10 dəqiqə dəmlənir. Yarpaqları süzülür və stəkanda süfrəyə verilir.

ADAÇAYINI KİMLƏR İSTİFADƏ EDƏ BİLMƏZ?

Bəzi yan təsirlər adaçayı həddindən artıq istehlakı ilə baş verə bilər. Salvia cinsinə aid bitkilərə qarşı allergiyası olan şəxslər tərəfindən adaçayı içmək allergik reaksiyalara səbəb ola bilər.  Bu bitki çayının ürəkbulanma kimi həzm sistemi xəstəlikləri üçün faydalı ola biləcəyi bilinsə də, çox içmək mədədə yanma hissi və ağrıya səbəb ola bilər. Yan təsirləri insandan insana fərqli olsa da, gündə 3 stəkan adaçayı çayı içmək təhlükəsiz sayılır və gündə 3 stəkandan çox içməmək tövsiyə olunur.

  1. Çox aşağı qan təzyiqi olanlara
  2. Daim narkotik istifadə edən insanlara
  3. Şəkərli diabet xəstələrinə yemək adaçayı tövsiyə edilmir.

Günel Məlikzadə