-
- 4-07-2024, 13:00
- 306
Sel fəlakəti: Ölənlər var
“Hindustan Times” qəzetinin məlumatına görə, Hindistanın şimal-şərq əyalətlərində güclü yağışlar və daşqınlar təsirini davam etdirir.
News24.az xəbər verir ki, səlahiyyətlilər Assam və Manipur əyalətlərində daşqınlar nəticəsində həyatını itirənlərin sayının 48-ə çatdığını açıqlayıb.
Səlahiyyətlilər bölgədəki yaşayış evlərinin yağış və daşqınlardan təsirləndiyini, minlərlə insanın bölgədən təxliyə edildiyini bildirib.
Eyni zamanda, Hindistan Meteorologiya İdarəsi (IMD) şimal-şərq ştatları üçün qırmızı təhlükə elan edib.
Onu da bildirək ki, hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları bölgəyə böyük ziyan vurur. Alimlər son illərdə Banqladeşdə və Hindistanın şimal-şərq bölgələrində müşahidə edilən nizamsız, həddindən artıq yağışların iqlim dəyişikliyi ilə bağlı olduğu fikrini bölüşürlər.
Günel Məlikzadə